Fransanın Nant şəhərində polis iğtişaşlar zamanı gözyaşardıcı qazdan istifadə edir

1 May 2025 20:04 (UTC+04:00)

Fransanın Nant şəhərində əmək bayramı ilə bağlı keçirilən nümayişlərdə polis gözyaşardıcı qazdan istifadə edib.

Bu barədə "Pays-de-la-Luara" vilayətinin prefekturası mayın 1-də X (keçmiş Twitter) sosial şəbəkəsindəki hesabında məlumat verib.

"Etirazçılar prefekturanı dağıdıb, hüquq-mühafizə orqanlarına əşyalar və fişənglərdən atəş açıblar. Polis su şırnaqları və gözyaşardıcı qazdan istifadə etməklə cavab atəşi açıb", - deyə səlahiyyətlilər bildirib.

Jurnalist Eduard Novikov bildirib ki, 1 may bütün Fransada rəsmi istirahət günüdür, lakin bu il tarixdə ilk dəfə olaraq əksər müəssisələr bağlanıb.

Mövsüm

Aznews.az