Filippində baş verən yol qəzasında 12 nəfər ölüb

1 May 2025 20:22 (UTC+04:00)

Filippində pullu magistral yolda baş verən yol qəzası nəticəsində altı uşaq olmaqla 12 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

Bu barədə "GMA News" məlumat yayıb .

"Avtobus dayanmış mikroavtobusla toqquşub. Mikroavtobus daha sonra avtomobil ilə toqquşub, o, daha sonra traktorun qabağına çırpılıb. Daha sonra traktor qarşısında dayanmış digər avtomobilə dəyib", - məlumatda deyilir.

Agentliyin məlumatına görə, ölənlərdən 10-u mikroavtobusda, ikisi isə avtomobildə olub. Mikroavtobusun sürücüsünün vəziyyəti ağırdır.

Mövsüm

Aznews.az