Lüksemburq Ukrayna üçün 10 milyon vəsait ayırıb

1 May 2025 20:40 (UTC+04:00)

Lüksemburq ölkənin enerji dəstəyi üçün Kiyevə 10 milyon avro ayıracaq.

Bu barədə Ukraynanın baş naziri Denis Şmıqal məlumat verib.

O qeyd edib ki, müvafiq sənədi Lüksemburqun baş naziri Ksavye Bettel imzalayıb.

“Biz vəsaiti enerji sektorunda layihələri dəstəkləmək, xüsusilə enerji təhlükəsizliyinin bərpası və gücləndirilməsi üçün istifadə edə biləcəyik”, - deyə Şmiqal öz Telegram kanalında yazıb.

Mövsüm

Aznews.az