Yeni Zelandiyada daşqınlar nəticəsində fövqəladə vəziyyət elan edilib

1 May 2025 20:44 (UTC+04:00)

Yeni Zelandiyanın Kraystçörç şəhəri və Selvin bölgəsində güclü yağışların yaratdığı daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilib.

Bu barədə "New Zealand Herald" məlumat yayıb.

"Kristçörçdə fövqəladə vəziyyət elan edilib, Kenterberidə evlər və yollar su altında qalıb, Vellinqtonda isə küləklə bağlı "qırmızı xəbərdarlıq" verilib. Selvin dairəsində fövqəladə vəziyyət elan edilib", - nəşr yazır.

“New Zealand Herald” ölkənin meteoroloji xidmətinə istinadən xəbər verir ki, zərərli küləklər elektrik xətlərinə və dam örtüklərinə geniş ziyan vuracaq, yollarda təhlükəli şərait yaradacaq və elektrik enerjisinin ciddi şəkildə kəsilməsinə səbəb olacaq.

Mövsüm

Aznews.az