İran və ABŞ arasında mayın 3-nə planlaşdırılan nüvə danışıqlarının dördüncü raundu Omanlı vasitəçilərin təklifi ilə təxirə salınacaq.
Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi mayın 3-də Romada baş tutacaq dolayı İran-Amerika danışıqlarının növbəti raundunun vaxtının dəyişdirildiyini açıqlayıb. Xarici İşlər Nazirliyinin mətbuat katibi danışıqların Oman xarici işlər nazirinin təklifi ilə təxirə salındığını qeyd edib.
Oman Xarici İşlər Nazirliyinin rəhbəri Bədr əl-Busaidinin özü X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb ki, danışıqların təxirə salınması logistika problemləri ilə bağlıdır. O əlavə edib ki, görüşün yeni tarixi razılaşdırıldıqdan sonra elan olunacaq.
Mövsüm
Aznews.az