Yaxın Şərqdə gərginlik yenidən artmaqdadır.
İranın dəstəklədiyi husilərlə ABŞ arasında münaqişə həddinə çatan gərginlikdə bu dəfə birbaşa hədəf Tehrandır.
ABŞ-nin müdafiə naziri Pit Heqset İranın Yəməndəki husilərə dəstəyinə qarşı sərt xəbərdarlıq edib.
X sosial media platformasında "İrana mesaj " başlıqlı yazı paylaşan Heqset , "Husilərə verdiyiniz ölümcül dəstəyi görürük. Nə etdiyinizi çox yaxşı bilirik ",-deyə qeyd edib.
İranın "Amerika ordusunun nə edə biləcəyini çox yaxşı bildiyini" qeyd edən Heqset , Tehranın bu məsələ ilə bağlı "əvvəllər də xəbərdarlıq edildiyini" xatırladıb .
İranın Yəməndə husilərə verdiyi dəstəyin cəzasız qalmayacağını bildirən Heqset , “Seçdiyimiz vaxt və məkanda bunun nəticələrini çəkəcəksiniz” deyə xəbərdarlıq edib .
Mövsüm
Aznews.az