“Mikki Maus“ iqtisadi böhranın qurbanı oldu

1 Sentyabr 2013 15:46 (UTC+04:00)
Yunanıstanda maliyyə problemləri ilə əlaqədar, dünyada ən məşhur siçan balası Mikki Maus barədə populyar komikslərin və Disneyin digər qəhrəmanları haqqında cizgi filmlərinin nəşri dayandırılıb.

Trend RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə "Nea Aktina" nəşrinin sahibi Xristos Terzopulos bildirib.

Yunanıstanda Mikki Maus barədə komikslər 1966-ci ildən çıxıb. Yalnız iyulda nəşriyyat 2012-ci ilin noyabrından fəaliyyət göstərən "News" qəzetinin çap edilməsini dayandırıb. Altı il davam edən böhran səbəbindən Yunanıstanda minlərlə müəssisə fəaliyyətini dayandırıb.

"Bəzi məsələlər barədə, o cümlədən hökumətdəki dəyişikliklər, qəzet və jurnalların bağlanması və valyutanın devalvasiyası əvvəlcədən elan edilmir. Jurnalın buraxılmasının dayandırılması asan və ya qəfil qərar olmayıb. Neçə aydır ilin əvvəlindən biz danışıqlar apardıq və həllini tapmağa çalışdıq," - naşir yazıb.

AzNews.az