Cənubi Koreyanın keçmiş baş naziri prezidentliyə namizədliyini irəli sürəcək

2 May 2025 13:45 (UTC+04:00)

Cənubi Koreyanın keçmiş baş naziri Han Duk Su prezident seçkilərində iştirak etmək niyyətini açıqlayıb.

Bu barədə Yonhap məlumat yayıb .

Han Duk-sunun bu bəyanatı iyunun 3-də keçiriləcək növbədənkənar seçkilərə bir ay qalmış parlamentdə etdiyi çıxışında bildirib.

Agentliyin məlumatına görə, sabiq baş nazir prezidentin səlahiyyət müddətini qısaltmaq və ticarət sahəsindəki problemlərin həllində onun iqtisadiyyat sahəsindəki təcrübəsindən istifadə etmək məqsədilə ölkə Konstitusiyasına dəyişiklik edəcəyinə söz verib.

Mövsüm

Aznews.az