Orban: Aİ-nin Ukraynaya dəstəyi Avropa iqtisadiyyatını iflasa uğrada bilər

2 May 2025 16:52 (UTC+04:00)

Avropa İttifaqının (Aİ) Ukraynanı dəstəkləməyə yönəlmiş siyasəti tezliklə qitə ölkələrini müflis edəcək.

Macarıstanın baş naziri Viktor Orban bu barədə "Kossuth" radiosunda məlumat verib.

Onun sözlərinə görə, Avropa iqtisadiyyatı durğunluq vəziyyətindədir və Kiyevə göndərilən vəsait olmasaydı, Aİ ölkələrində belə problemlər olmazdı.

"Onların orada xərcləmək istədikləri pullar evdə istifadə oluna bilər. Bizim pulumuz təkər arabalarında Ukraynaya gətirilir", - deyən Macarıstanın baş naziri əlavə edib ki, Ukrayna münaqişəsi həll olunana qədər Aİ iqtisadiyyatı çətinliklərlə üzləşəcək.

Mövsüm

Aznews.az