İspaniya və Portuqaliya elektrik kəsilməsini araşdırmaq üçün qrup yaradıblar

2 May 2025 19:26 (UTC+04:00)

İspaniya və Portuqaliya aprelin 28-də Pireney yarımadasında elektrik enerjisinin kəsilməsinin səbəblərini araşdırmaq üçün işçi qrupu yaratmaq barədə razılığa gəliblər.

Bu barədə "Europa Press" agentliyi məlumat yayıb.

Qərar İspaniya baş nazirinin ətraf mühitə keçid məsələləri üzrə üçüncü müavini Sara Augesen və Portuqaliyanın ətraf mühit və energetika naziri Maria da Qraça Karvalyo, eləcə də hər iki ölkənin enerji departamentlərinin rəhbərlərinin iştirak etdiyi görüşdə qəbul edilib.

"Biz təkcə məlumat mübadiləsi aparmırıq, həm də hadisənin şərtlərini, səbəbini müəyyənləşdirmək və hər şeydən əvvəl təkrarlanmaması üçün lazımi tədbirləri görmək üçün əməkdaşlıq edirik", - deyə Ogesen əməkdaşlığın vacibliyini qeyd edib.

Mövsüm

Aznews.az