Yəmən İsrailə raket zərbələri endirib

2 May 2025 19:30 (UTC+04:00)

Yəməndən İsrailə raket hücumu...

Hücumla bağlı açıqlama verən İsrail Müdafiə Qüvvələri (IDF) Yəməndən atılan raket səbəbiylə ölkənin şimal bölgələrində sirenlərin çalındığını açıqlayıb.

Ölkənin üçüncü böyük şəhəri olan Hayfa da daxil olmaqla bir çox bölgədə çaxnaşma yaradan raketin İsrail ərazisinə keçmədən hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirildiyi bildirilib.

İlkin məlumata görə, hücum nəticəsində dağıntı olmayıb.

Hələlik heç bir qrupun rəsmi olaraq üzərinə götürmədiyi hücumun Yəməndə İranın dəstəklədiyi husilər tərəfindən həyata keçirildiyi güman edilir.

Mövsüm

Aznews.az