ABŞ prezidenti Donald Trampın ətrafı Rusiyanı Ukraynadakı münaqişənin həllinə sövq etmək üçün ona iqtisadi təzyiq variantları təklif edir.
Bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.
Məqalədə deyilir: “ABŞ rəsmiləri Rusiyaya iqtisadi təzyiqi artırmaq üçün prezident Donald Trampa bir sıra variantlar hazırlayıblar.
Bununla belə, münaqişənin həlli üçün diplomatik səylərin davam etdiyi üçün Trampın hələlik heç bir qərar vermədiyi aydınlaşdırılır. Materialda bu mümkün təzyiq variantlarının nə olduğu barədə ətraflı məlumat verilmir.
Mövsüm
Aznews.az