Haaqada 100-dən çox insanın iştirakı ilə kütləvi iğtişaşlar baş verib

2 May 2025 20:02 (UTC+04:00)

Ən azı yüz nəfərin iştirak etdiyi və polislə toqquşmaya çevrilən irimiqyaslı iğtişaşlar cümə axşamı axşam Haaqada baş verib.

Bu barədə "Omroep West" məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla axşam saat 21 radələrində (GMT 19:00) böyük bir qrup gəncin Şeveningen rayonunda çimərlik yaxınlığında toplaşaraq dava etmək üçün toplandığı bildirilir. İğtişaşların qarşısını almaq üçün polis və iğtişaşlara nəzarət bölmələri yerləşdirilib.

Camaat hüquq-mühafizə orqanlarının əməkdaşlarına “daş və şüşə qırıqları” atıb. Polisin hesablamalarına görə, iğtişaşda 100-300 nəfər iştirak edib və yalnız gecə yarısı nəzarət altına alınıb.

Hüquq-mühafizə orqanları iğtişaşların arxasında duran şəxslərin hələ də tutulmadığını bildirib. Ərazidə bir neçə avtobus marşrutu müvəqqəti olaraq dayandırılıb.

Mövsüm

Aznews.az