Ştutqartda avtomobilin izdihamın üzərinə çırpılması nəticəsində azı 3 nəfər xəsarət alıb

2 May 2025 21:49 (UTC+04:00)

Almaniyanın Ştutqart şəhərinin mərkəzində avtomobil bir qrup piyadanın üzərinə çırpılıb, nəticədə azı 3 nəfər xəsarət alıb.

Bu barədə yerli “Leipziger Zeitung” nəşri şəhər polisinə istinadən məlumat yayıb.

Polisin məlumatına görə, sürücü saxlanılıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları, o cümlədən polis və təcili yardım briqadaları cəlb olunub.

Helikopter hadisə baş verən ərazidə dövrə vurur.

Mövsüm

Aznews.az