Aİ müşahidəçilərindən biri İrəvanda ölü tapılıb

3 May 2025 04:04 (UTC+04:00)

Avropa İttifaqının Ermənistandakı missiyasının müşahidəçilərindən biri İrəvanda ölü tapılıb.

AzNews.az xəbər verir ki, bu barədə “Armenian News” xəbər agentliyi məlumat yayıb, lakin ölən avropalının adını açıqlamayıb.

İlkin məlumatlara görə, müşahidəçi qaldığı oteldə infarkt keçirərək dünyasını dəyişib.

AzNews.az