Ermənistan ordusunda əsgər böhranı: çağırış yaşı qaldırılır

3 May 2025 20:37 (UTC+04:00)

Ermənistanda hərbi xidmətə çağırış yaşının 37-yə qaldırılması təklif olunub.

Təşəbbüsün məqsədi çağırışçıların sayını artırmaq və kişilər arasında Ermənistan vətəndaşlığından çıxma hallarının qarşısını almaqdır.

“Joqovurd” qəzeti xəbər verir ki, müvafiq qanunvericilik təşəbbüsü ilə hakim “Mülki müqavilə” partiyasından olan deputat Hayk Sarkisyan çıxış edib.

Təkliflərə “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna dəyişikliklər, həmçinin “Dövlət rüsumu haqqında” qanuna və Ermənistan Cinayət Məcəlləsinə əlavələr daxildir.

Xidmətdə olmanın yaş həddinin artırılması ilə yanaşı, 18 yaşına kimi vətəndaşlığını dəyişən kişilər üçün 15 milyon dram (təxminən 40 min dollar) rüsum müəyyən edilməsi təklif edilir.

AzNews.az