Türkiyə dünyada PUA texnologiyasında ən inkişaf etmiş üç ölkə arasındadır.
"Report"un Şimali Kiprə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TECHNOFEST-2025”də bildirib.
“TECHNOFEST-2025” 22 ölkədən 15 min 750 komanda və 47 min 865 yarışmacı iştirak edib. Müxtəlif kateqoriyalarda təşkil edilən bu yarışmalarda 6 ölkədən 268 komanda və 1 083 yarışmaçı isə finalçı olmaqla uğur qazandı. Mükafat alan gənclərimizin hər birini ayrı-ayrılıqda təbrik edir, uğurlarının davamını diləyirəm. Yarışmada iştirak edən bütün qardaşlarıma təşəkkür edirəm. Sizlərlə qürur duyduğumu xüsusilə bilmənizi istəyirəm", - o vurğulayıb.
Onun sözlərinə görə, bu sadəcə festival deyil, eyni zamanda bir millətin, iki dövlətin, tək ürəyin ortaq gələcəyinə doğru atdığı qətiyyətli addımdır:
"Bu həqiqəti burada xüsusilə ifadə etməliyəm. Biz bu torpaqlarda ev sahibiyik. Bunu bilməyənlər bilsin, eşitməyənlər eşitsin. Bu torpaqlar bizə şəhidlərimizin mirası və əmanətidir. Adanın hər kvadrat metrində izimiz, əsərimiz, silinməz xatirələrimiz var. Yüz illərdir buradaydıq. 51 il əvvəl buradaydıq və yenə də buradayıq".
Ərdoğan vurğulayıb ki, Türkiyə dünyada PUA texnologiyasında ən inkişaf etmiş ilk üç ölkə arasındadır: "Bundan sonra da eyni əzmlə, eyni həyəcanla işləməyə davam edəcəyik. Sizdən aldığımız ilhamla, sizə duyduğumuz güvənlə, sizin istehsal etdiyiniz texnologiyalarla çox daha güclü bir Türkiyə, çox daha firavan bir Şimali Kipr Türk Cümhuriyyətini inşa edəcəyik".