Kürdəmirdə ağır qəza: 2 ölü, 1 yaralı

1 Sentyabr 2013 19:55 (UTC+04:00)
Kürdəmir rayonunda iki nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən nəqliyyat hadisəsi baş verib.

Kürdəmir rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, rayon ərazisində 2 nəfərin ölümü, 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün səhər saat 07:00 radələrində Kürdəmir-Zərdab yolunda qeydə alınıb.

Zərdab rayon sakini, 1970-ci il təvəllüdlü Musayev Telman Böyükkişi oğlunun idarə etdiyi 10 UZ 683 dövlət nömrə nişanlı "VAZ 2104" markalı minik maşını əsas magistral yoldan çıxaraq su arxına düşüb.

Nəticədə sürücü və sərnişini, 1990-cı il təvəllüdlü Hüseynova Aişə Nazım qızı hadisə yerində dünyasını dəyişib. Maşında olan digər sərnişin, 1977-ci il təvəllüdlü Musayeva Vüsalə Fərrux qızı ağır bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Fakta bağlı Kürdəmir rayon Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az