Belarusun Baş naziri Azərbaycana gəlir

5 May 2025 09:31 (UTC+04:00)

Belarus Baş naziri Aleksandr Turçin Azərbaycana rəsmi səfərə yola düşüb.

Bu barədə məlumatı “BELTA” agentliyi yayıb.

Bildirilib ki, Turçin səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək, eləcə də azərbaycanlı həmkarı Əli Əsədovla görüş keçirəcək.

Bununla yanaşı, Turçinin işğaldan azad edilmiş ərazilərə səfəri də planlaşdırılır.

AzNews.az