Abşeronda avtomobil yol kənarında maneəyə çırpılaraq yanıb

5 May 2025 09:49 (UTC+04:00)

Abşeronda avtomobil yol kənarında maneəyə çırpılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "Mercedes" markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib. Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.