Sumqayıtda silah-sursat aşkarlanıb

5 May 2025 09:01 (UTC+04:00)

Sumqayıt şəhərində silah-sursat aşkarlanıb.

Hadisə şəhərin 5-ci mikrorayon ərazisində qeydə alınıb.

Ərazidən 1 ədəd “F-1” əl qumbarası, 1 ədəd alışdırıcı və 7 ədəd “Kalaşnikov” avtomatına məxsus patron aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.