Səudiyyə Ərəbistanından ərəblərə: “Suriya müxalifətini dəstəkləyin“

1 Sentyabr 2013 21:35 (UTC+04:00)
Səudiyyə Ərəbistanının xarici işlər naziri Saud əl Feysəl ərəb ölkələrini Suriya müxalifətini dəstəkləməyə çağırıb.

Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, Saud əl Feysəl bunu Misirdə Suriya problemilə bağlı keçirilən Ərəb Dövlətləri Liqasının XİN
rəhbərlərinin görüşünün nəticələrinə dair mətbuat konfransında deyib.

Qeyd edək ki, avqustun 21-dən başlayaraq, Suriya ətrafında vəziyyət daha da mürəkkəbləşib.

AzNews.az