Tehrandan sərt mesaj: İrana hücumun başladığı nöqtə cavabsız qalmayacaq

5 May 2025 17:31 (UTC+04:00)

Tehran, üçüncü ölkələr tərəfindən İrana hücumlar üçün istifadə olunan ölkələrin ərazilərini beynəlxalq hüquqa əsasən qanuni hədəf hesab edəcək.

Bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai bəyan edib.

Diplomat bu sözlərlə İran Müdafiə Nazirliyinin ABŞ və ya İsrail tərəfindən mümkün hücum halında digər ölkələrdəki Amerika bazalarına zərbə endirməyə hazır olduqları ilə bağlı bəyanatını izah edib.

“Əgər hər hansı bir ölkənin ərazisindən İrana hücum üçün istifadə olunarsa, həmin nöqtə beynəlxalq hüquqa uyğun olaraq qanuni hədəf kimi qəbul ediləcək”, — deyə Baqai həftəlik mətbuat konfransında bildirib.

Mövsüm

Aznews.az