Çıxış zamanı Keniya prezidentinə ayaqqabı atılıb

5 May 2025 18:22 (UTC+04:00)

Keniya prezidenti Uilyam Rutonun yaşayış minimumu ilə bağlı çıxışı zamanı başına ayaqqabı atılması tədbirdə iştirak edənlərin qəzəbinə səbəb olub.

Bu barədə sosial şəbəkələrdə yerləşdirilmiş videolara istinadən Reuters agentliyi məlumat yayıb.

"Bazar günü, mayın 4-də Keniyanın qərbindəki Migori qraflığında keçirilən mitinqdə Ruto əli ilə uçan ayaqqabının qarşısını kəsib və üç videoya görə xəsarət almayıb" ,- agentliyin hesabatında deyilir.

Mövsüm

Aznews.az