Atəşkəs pozulub

2 Sentyabr 2013 07:30 (UTC+04:00)
Erməni silahlı bölmələri dünən və bu gecə Xocavənd rayonunun Kuropatkino, Ağdam rayonunun Sarıcalı, Qaraqaşlı, Kəngərli, Goranboy rayonunun Tapqaraqoyunlu və Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az