İranlı müxaliflərin düşərgəsində 47 nəfər öldürülüb

2 Sentyabr 2013 07:42 (UTC+04:00)
İraqda iranlı müxaliflərin yaşadığı "Əşrəf" düşərgəsində baş verən qarşıdurmada ən azı 47 nəfər həlak olub.

Bu barədə məlumatı "Reuters" BMT-yə əsasən yayıb. Əvvəlcə ölənlərin sayının 15 nəfər olduğu bildirilirdisə də, indi ölənlərin sayının 47 nəfər olduğu deyilir.

Partlayış və silahlı qarşıdurma sentyabrın 1-də başlayıb. Polisin məlumatına görə, düşərgəyə hücum edilən zaman içəridəki neft məhsulları olan sisterenlərdə də partlayış baş verib.

İraq rəsmiləri isə iddia edir ki, qarışıqlıq düşərgə sakinlərinin girişdə yerləşən polis postunu tutmaq istəməsi ilə başlayıb. Hərbçilər postu ələ keçirmək istəyənlərə atəş açıb. Əvvəlcə 19 ölü və 52 yaralı barədə məlumat verilib. 38 nəfər isə həbs olunub.

Qeyd edk ki, İranın indiki rejiminə müxalifətdə olan Xalq Mücahidlərinin yaşadığı düşərgədə bu birinci hal deyil.

Elnarə
AzNews.az