Bloomberg Aİ-nin yeni anti-Rusiya sanksiyalar paketinin təfərrüatlarını açıqlayıb

6 May 2025 21:24 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) 60 fiziki və hüquqi şəxsə şamil ediləcək və 150-yə yaxın gəmiyə məhdudiyyətlər daxil edəcək yeni anti-Rusiya sanksiyaları təklif etmək niyyətindədir.

Bloomberg bu barədə mənbələrə istinadən məlumat yayıb.

"Avropa Komissiyasının təklif etdiyi sanksiyalar 60 fiziki və hüquqi şəxsə şamil olunacaq və həmçinin 150-yə yaxın gəmiyə məhdudiyyətlər də daxil olacaq. Beləliklə, siyahıda olan gəmilərin ümumi sayı 300-ü keçəcək", - materialda deyilir.

Bundan əlavə, xarici işlər nazirləri mayın 20-də Brüsseldə keçirilməsi planlaşdırılan görüşə qədər tədbirləri nəzərdən keçirmək niyyətindədirlər.

Mövsüm

Aznews.az