Ötən gün 17 azərbaycanlı Almaniyadan geri qəbul edilib

7 May 2025 09:39 (UTC+04:00)

Azərbaycan vətəndaşı olan 17 nəfər mayın 6-da Almaniyadan geri qəbul edilib.

Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, proses “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində baş tutub.