Ərdoğan BMT-ni tənqid etdi

2 Sentyabr 2013 08:46 (UTC+04:00)
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Suriya böhranı ilə bağlı danışarkən BMT-ni tənqid edib.

Ərdoğan beynəlxal ictimaiyyəti Suriya məsələsinə laqeyd qalmaqda qınayıb:

"Dünya birliyi Suriyaya qarşı qətiyyətli tədbirlər görməyənə qədər Bəşər Əsəd rejimi kütləvi qətləri davam etdirəcək. Bu gün Dünya birliyinin qərarı BMT Təhlükəsizlik Şurasının beş daimi üzvinin əlindədir və bu antidemokratikdir".

Türkiyənin baş naziri rəsmi Ankaranın Suriyada qan tökülməsini dayandıracaq istənilən addımı dəstəkləyəcəyini də sözlərinə əlavə edib. (anspress)

AzNews.az