Prezident İlham Əliyev mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına qatılmayacaq

7 May 2025 19:57 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına qatılmayacaq.

Aznews.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Laos liderləri Moskvadakı Qələbə paradına gəlməyəcəklər.