Rusiya və Venesuela hər iki ölkəni maraqlandıran müdafiə əlaqələrini yaxşılaşdırmaq barədə razılığa gəliblər.
Dövlətlər arasında sazişin mətni Kremlin saytında dərc olunub .
“Tərəflər müntəzəm və sıx siyasi və diplomatik dialoqu davam etdirməklə bərabərhüquqlu, etibarlı tərəfdaşlıq və strateji əməkdaşlığı gücləndirir, ikitərəfli gündəliyin bütün spektri, qarşılıqlı maraq doğuran aktual beynəlxalq və regional məsələlər üzrə mövcud koordinasiya mexanizmlərini genişləndirir və yeni koordinasiya mexanizmləri yaradırlar”, - sənəddə deyilir.
Qeyd olunur ki, Rusiya və Venesuela birtərəfli sanksiyalara, Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin pozulmasına və neokolonializmin təzahürlərinə qarşı çıxmaq barədə razılığa gəlib, həmçinin hərbi-texniki sahədə və kosmik tədqiqatlar sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.
Mövsüm
Aznews.az