Amerikanın USS Harry S. Truman təyyarədaşıyan gəmisinə məxsus daha bir F/A-18 Super Hornet döyüş təyyarəsi Qırmızı dənizə düşüb.
Bu barədə mənbələrə istinadən CNN məlumat yayıb .
"Hadisə ilə tanış olan iki nəfərin sözlərinə görə, təyyarə dənizə düşüb və hələ də tapılmayıb", - məqalədə deyilir.
Qəzanın səbəbləri hələ müəyyən edilməyib, lakin iki mənbə təyyarədaşıyıcıya eniş cəhdi zamanı xətanın baş verdiyini paylaşıb.
Mövsüm
Aznews.az