Tramp Fars körfəzini “Ərəb körfəzi” adlandıracaq

7 May 2025 21:25 (UTC+04:00)

ABŞ administrasiyasında adı açıqlanmayan rəsmilərə əsaslanan xəbərə görə , Tramp gələn həftə Səudiyyə Ərəbistanına səfəri zamanı yeni açıqlama verəcək.

Buna uyğun olaraq Tramp beynəlxalq aləmdə Fars körfəzi kimi tanınan bölgəyə “Ərəb körfəzi” və ya “Ərəbistan körfəzi” adını verəcək.

Ağ Evin sözçüsü Karoline Leavitt Trampın 13-16 may tarixləri arasında Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcəyini açıqlayıb.

ABŞ ordusu uzun illərdir ki, öz bəyanatlarında və yayımladığı görüntülərdə birtərəfli qaydada bölgəni “Ərəb körfəzi” adlandırır.

Region Google Maps-də "Fars körfəzi (Ərəb körfəzi)" kimi görünür, lakin Apple Maps-də sadəcə "Fars körfəzi"dir.

16-cı əsrdən bəri ümumi olaraq “Fars körfəzi” kimi tanınan bölgə Yaxın Şərqin bir çox ölkəsi tərəfindən “Ərəb körfəzi” adlandırılır.

Qeyd edək ki, İranın cənub-qərbində Ərəbistan yarımadasının şimalını Hind okeanına birləşdirən bölgə mühüm neft və təbii qaz yataqlarından biridir.

Mövsüm

Aznews.az