Sumqayıtda üç "Kalaşnikov" aşkarlanıb

8 May 2025 09:22 (UTC+04:00)

Sumqayıt şəhərində silah-sursat aşkarlanıb.

"Yaşma bağları" massivi ərazisində bir ədəd "Kalaşnikov” avtomatı, 76-cı məhəllə ərazisində iki ədəd "Kalaşnikov” avtomatı, bir ədəd boş, bir ədəd dolu sandıq, 29 ədəd 5,45 çaplı patron aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.