Prokurorluq orqanları cinayətkarlara qarşı mübarizəni yüksək səviyyədə aparır

8 May 2025 10:44 (UTC+04:00)

Prokurorluq orqanları cinayətkarlara qarşı mübarizədə peşə fəaliyyətlərini yüksək səviyyədə yerinə yetirirlər.

Bunu Bakı şəhər prokuroru Elşən Abbasov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir və Bakı Şəhər Prokurorluğunun inzibati binasının yeni korpusunun açılış mərasimində deyib.

Onun sözlərinə görə, prokurorluq orqanlarında vətəndaş məmnunluğu üstün tutulur:

"Yeni istifadəyə verilən binalar, prokurluq orqanlarının infrastrukturunun yaxşılaşdırılması onların peşə fəaliyyətini də yüksək səviyyəyə qaldırır. Ona görə də yeni korpusun müasir şəraitinin Bakı Şəhər Prokurorluğunun fəaliyyətinin daha da səmərəli və məhsuldar olmasına töhfə verəcəyinə inanıram".