Rusiya prezidenti Vladimir Putin və Çinin sədri Si Cinpinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatıb. Danışıqlar təxminən 3,5 saat davam edib.
Bundan sonra Moskva və Pekin nümayəndələri əməkdaşlığa dair bir sıra sənədlər imzalayacaqlar. Qeyri-rəsmi hissə də gözlənilir: rəsmi səhər yeməyi və liderlər arasında çay süfrəsi arxasında söhbət, burada qapalı formatda müxtəlif mövzuları müzakirə edəcəklər.
Kremlin sözçüsü Dmitri Peskovun danışıqlardan sonra jurnalistlərlə söhbətində qeyd edib ki, iki ölkə liderləri Rusiya Federasiyası və Çin xalqlarının maraqları naminə intensiv dialoqu davam etdirirlər. Eyni zamanda, onun sözlərinə görə, Putin və Si Cinpin hələlik Ukrayna mövzusunu müzakirə etməyiblər.
Mövsüm
Aznews.az