Hollandiya Rusiya ilə silahlı münaqişəyə hazırlaşır.
Bu barədə “Politico” qəzeti Hollandiyanın MIVD hərbi kəşfiyyat agentliyinin direktoru, vitse-admiral Peter Riznikə istinadən məlumat yayıb .
“Niderland, digər NATO ölkələri kimi, bu (Rusiya ilə münaqişə baş verərsə – red.) baş verərsə, hazır olacağımıza əmin olmaq üçün yüksək hazırlıq proqramının mərhələsindədir”.
“Daily Telegraph” mayın 5-də yazıb ki, Böyük Britaniyanın baş naziri Keir Starmerin qərarından sonra ölkə 2005-ci ildən qüvvədə olan müharibə planını yeniləyib . Təlimatlara Rusiya ilə mümkün münaqişə ilə bağlı yeni bəndlərin əlavə edildiyi bildirilib.
Mövsüm
Aznews.az