Aİ sabah Ukraynaya silah istehsalı üçün 1 milyard avro ayıracaq

8 May 2025 18:37 (UTC+04:00)

Avropa İttifaqının xarici işlər nazirləri Ukraynaya silah istehsalı üçün 1 milyard avro ayrılacağını elan edəcəklər.

Aznews.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Aİ xarici işlər nazirlərinin Varşava görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Aİ xarici işlər nazirləri sabah Ukraynaya səfər edəcək.

“Mayın 9-da Kiyevə səfəri zamanı Avropa İttifaqının xarici işlər nazirləri Ukraynaya silah istehsalı üçün 1 milyard avro ayrılacağını elan edəcəklər”, - o qeyd edib.

Kallas əlavə edib ki, Avropa Komissiyası mayın 20-dək Rusiyaya qarşı 17-ci sanksiyalar paketini qəbul etmək niyyətindədir.