Azərbaycan Ordusunun Türkiyədə beynəlxalq təlimdə iştirak edəcək heyətinə baxış keçirilib

8 May 2025 19:02 (UTC+04:00)

Azərbaycan Ordusunun qardaş Türkiyə Respublikasının Konya şəhərində “Anadolu Ankası - 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək hərbi qulluqçularına mayın 8-də sıra baxışı keçirilib.

Aznews.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hərbi qulluqçulara təlimin məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verilib, təhlükəsizlik qaydaları və təşkilati məsələlərlə bağlı müvafiq tapşırıqlar çatdırılıb.
12-23 may tarixlərində keçiriləcək beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları, paraşüt-desant və axtarış- xilasetmə xidmətinin mütəxəssisləri, texniki heyət və aviasiya vasitələri təmsil edəcək.