Merz: Polşaya təzminat məsələsi Almaniya hökuməti üçün qanuni olaraq bağlıdır

8 May 2025 19:32 (UTC+04:00)

Almaniya kansleri Fridrix Merz II Dünya Müharibəsi zamanı nasional-sosialistlərin cinayətlərinə görə Polşaya təzminat ödənilməsi məsələsinin Almaniya hökumətində qanuni olaraq bağlandığını bəyan edib.

" Mümkün təzminatlarla bağlı hüquqi məsələlər həll olunub, lakin bu o demək deyil ki, biz birgə layihələr və birgə gələcəyimizi necə görmək barədə ümumi ideyalar haqqında danışa bilmərik", - kansler vurğulayıb.

Merz qeyd edib ki, bütün Avropa İttifaqının təhlükəsizliyini qorumaq üçün ona üzv olan ölkələr dəstək hiss etmək və xarici təhdidlərə qarşı sığınacaq tapmaq üçün sadəcə bir yerdə olmalıdırlar.

Mövsüm

Aznews.az