İranda 5 bal gücündə zəlzələ baş verib

8 May 2025 10:27 (UTC+04:00)

İranın şimalındakı Semnan əyalətinin Zeman Abad şəhərində 5 bal gücündə zəlzələ baş verib.

Tehran Universitetinin Seysmologiya Mərkəzinin verdiyi açıqlamaya görə, episentri Semnan əyalətinin Zeman-Abad şəhəri olan 5 bal gücündə zəlzələ yerli vaxtla saat 08:53-də qeydə alınıb.

Zəlzələ 9 kilometr dərinlikdə baş verib və tələfat olub-olmaması ilə bağlı hələlik açıqlama verilməyib.

Mövsüm

Aznews.az