ABŞ dövlət katibi Hindistan - Pakistan gərginliyinin dərhal azaldılmasına çağırıb

8 May 2025 23:11 (UTC+04:00)

ABŞ dövlət katibi Marko Rubio Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar və Pakistanın Baş naziri Şahbaz Şərif ilə telefon danışığı aparıb, gərginliyin dərhal azaldılmasının vacibliyini vurğulayıb.

Aznews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus bildirib.

"Dövlət katibi gərginliyin dərhal azaldılmasının zəruriliyini vurğulayıb. O, ABŞ-nin Hindistan və Pakistan arasında birbaşa dialoqa dəstəyini ifadə edib və kommunikasiyaların yaxşılaşdırılması üçün səylərin davam etdirilməsinə çağırıb", - bəyanatda deyilir.