Ötən gün 48 kiloqramdan çox narkotik vasitə aşkar olunub

9 May 2025 10:48 (UTC+04:00)

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 8-də ümumi çəkisi 48,4 kiloqrama yaxın narkotik vasitə, 300 ədəd metadon həbi və 48 ədəd çətənə kolu aşkar olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.