Sülh sazişinə əsasən, Ukraynaya NATO-ya üzvlük zəmanəti verilməyəcək.
Bu barədə Şimali Atlantika Alyansının baş katibi Mark Rutte məlumat verib.
"Bütün NATO üzvləri Ukraynanın NATO-ya daxil olmasının dönməz yolu ilə razılaşdılar, lakin biz heç vaxt razılaşmamışıq ki, Ukrayna sülh sazişinin bir hissəsi kimi NATO üzvlüyünə zəmanət veriləcək. Bu, heç vaxt razılaşdırılmayıb",-deyə Rutte bildirib.
Onun sözlərinə görə, hazırda davam edən sülh danışıqları çərçivəsində deyil, uzunmüddətli perspektivdə Ukraynanın alyansa üzv olması ehtimalı var.
Mövsüm
Aznews.az