Szijarto Budapeştdə işləyən iki ukraynalı casusun ölkədən çıxarıldığını açıqlayıb

9 May 2025 20:06 (UTC+04:00)

Macarıstan Kiyevin Budapeştdəki səfirliyində diplomatik pərdə altında işləyən iki ukraynalı casusunu ölkədən çıxarır.

Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto məlumat verib.

"Bu gün Ukraynanın Budapeştdəki səfirliyində diplomatik pərdə altında işləyən iki kəşfiyyatçını Macarıstandan qovduq. Biz qərarı və müvafiq notanı Ukraynanın Budapeştdəki səfirinə göndərmişik", - deyə Siyarto Facebook sosial şəbəkəsindəki videomüraciətində bildirib.

Onun sözlərinə görə, Macarıstan “Ukraynaya heç vaxt silah tədarük etməyib və etməyəcək də”.

Nazir həmçinin qeyd edib ki, ölkə özünü bu münaqişəyə cəlb etməyə imkan verməyəcək. Siyarto bildirib ki, xüsusi əməliyyat başlayandan Kiyev macarlara qarşı böhtan kampaniyasını daim gücləndirir.

Mövsüm

Aznews.az