Pentaqonun dərc etdiyi son direktiv, ABŞ prezidenti Donald Trampın əvvəllər imzaladığı müvafiq fərmana uyğun olaraq transseksual əsgərlərin ABŞ ordusundan çıxarılmasını nəzərdə tutur .
Pentaqon dərhal kimliyini açıq şəkildə bəyan edən 1000-ə yaxın transgender əsgəri ordudan uzaqlaşdırmağa başlayacaq və başqalarına özlərini tanımlamaları üçün 30 gün vaxt verəcək.
Direktivi verən müdafiə naziri Pete Heqset mövzu ilə bağlı verdiyi açıqlamada Ali Məhkəmənin Tramp administrasiyasına bunu bu istiqamətdə həyata keçirməsinə icazə verməsinin onlar üçün çox əhəmiyyətli olduğunu bildirib. "Artıq əvəzliklər yoxdur. Artıq qadın paltarlı kişilər yoxdur. Bu cəfəngiyyatla işimiz bitdi", - Heqset deyib.
Müdafiə Nazirliyi hələ açıqlanmayan oxşar vəziyyətlərdə olan əsgərlərin vəziyyətini müəyyən etmək üçün tibbi sənədlərə baxmağa başlayacağını da açıqlayıb.
Mövsüm
Aznews.az