Donald Tramp Çinə tarifləri 145%-dən 80%-ə endirməyi təklif edir

9 May 2025 21:14 (UTC+04:00)

ABŞ və Çin arasında vergi müharibələri davam edir...

Son açıqlama ilə ABŞ prezidenti Donald Tramp çıxış edib.

Tramp özünün "Truth Social" hesabında Çinə qarşı nəzərdə tutulan tariflərlə bağlı açıqlama verib.

"Çinə 80%-lik rüsum uyğun görünür. Bu, Skott Bessent-ə bağlıdır" deyə Tramp dövlət katibi Bessentə istinad edərək bildirib.

İsveçrədəki görüş Trampın Çin mallarına 145 faiz rüsum tətbiq etməsindən sonra iki ölkə arasında ilk rəsmi üz-üzə təmas olacaq.

ABŞ nümayəndə heyətinə maliyyə naziri Skott Bessent və ticarət nümayəndəsi Ceymison Qri, Çin tərəfini isə dövlət katibinin iqtisadi məsələlər üzrə köməkçisi He Lifinq rəhbərlik edəcək.

Danışıqlarda ikitərəfli tariflər və ticarət əlaqələrinin yenidən balanslaşdırılması müzakirə olunacaq.

Mövsüm

Aznews.az