İran nüvə proqramı ətrafında yaranmış böhranın nizamlanması məsələsi üzrə ABŞ ilə danışıqların dördüncü raundunu keçirməyə razılaşıb.
Bu barədə Tasnim xəbər agentliyi məlumat yayıb.
Agentlik bildirir ki, Tehran növbəti raundun Omanda keçirilməsinə razılıq verib.
ABŞ və İran arasında dialoqun üçüncü raundu aprelin 26-da Maskatda başa çatıb. Omanın paytaxtında yüksək səviyyəli siyasi danışıqlarla yanaşı, İranın nüvə proqramı ilə bağlı potensial razılaşmanın detallarını müzakirə etmək üçün ekspertlərin texniki məsləhətləşmələri keçirilib.
Mövsüm
Aznews.az