PKK özünü buraxdığını elan edib

12 May 2025 10:14 (UTC+04:00)

PKK terror təşkilatı keçirdiyi son qurultaydan sonra fəaliyyətini dayandırmaq barədə qərar qəbul etdiyini açıqlayıb.

AzNews.az xəbər verir ki, təşkilatın yaydığı rəsmi bəyanatda silahlı mübarizəni sonlandırdıqları və təşkilatın özünü buraxdığı bildirilib.

Bu qərarın təşkilatın rəhbəri Abdullah Öcalanın “silahları yerə qoyun” çağırışından sonra verilməsi diqqət çəkib.