Azərbaycanda I rübdə haqsız rəqabətə dair müraciətlər 48% artıb

12 May 2025 13:43 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanda bazar subyektləri tərəfindən haqsız rəqabət hallarına yol verilməsi ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 59 müraciət daxil olub.

Bu barədə AzNews.az gentliyə istinadən xəbər verir. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 48 % çoxdur.

Bildirilib ki, rəqabət mədəniyyətinin mövcud olduğu mühitdə şirkətlər bazar payı uğrunda mübarizədə daha çox məhsul və xidmətlərin keyfiyyətinin artırılması, innovativ yanaşmaların tətbiqi və istehlakçı məmnuniyyətinin yüksəldilməsi kimi müsbət həllərə üstünlük verirlər: "Bu isə yalnız haqsız rəqabət hallarının qarşısını almaqla kifayətlənmir, eyni zamanda ədalətli və şəffaf bazar mühitinin formalaşmasına da töhfə verir".